“Procter & Gamble”, “Unilever”, “Nestle”, “PepsiCo”, “Mondelēz International”, “Danone” kimi beynəlxalq korporasiyalar tullantıların təkrar emalı ilə məşğul olan “TerraCycle” ilə əməkdaşlığa başlayıblar. İstehlak mallarının ən böyük istehsalçıları təkrar emal edilərək qablaşdırılan məhsulların satışı üçün qlobal onlayn platforma yaradıblar.
Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yanvarın 24-də baş tutan Ümumdünya İqtisadi Forumunda (Davos) bildiriblər.
Proqram iştirakçıları vahid internet mağazası buraxacaqlar. Burada təkrar və ikinci istifadə üçün yararlı olan qablaşdırılmış firma məhsulları satılacaq. Meydança “Loop” adlanır.
Həmçinin tullantısız qablaşdırmada olan məhsulları layihənin riteyler-partnyorlarının saytından da almaq mümkün olacaq. Mallar internet mağazasının alıcılarına “Loop”un xüsusi olaraq hazırlanmış çantasında çatdırılacaq. İkinci dəfə qabaşdırımış məhsullar internet-mağazanın alıcılarına birbaşa olaraq evinə çatdıracaq.
“Korporasiyanın təşəbbüsü ondan ibarətdir ki, onlar bir dəfə istifadə olunan qablaşdırmadan dünya asılılığını aradan qaldırmağa və tullantısız şopinq sxemini yaratmaqdan ibarətdir”, - deyə “Procter & Gamble”dən deyiblər.
Bu il xidmət Paris və Nyu-York şəhərlərində əlçatan olacaq. 2020-ci ildə isə digər ölkələrdə adıçəkilən platforma fəaliyyət göstərəcək. Rusiyada da belə bir internet-mağazanın açılması planlaşdırılır, amma dəqiq tarix haqqında hələ ki informasiya yoxdur.

