Qlobal oyun video kontent bazarının həcmi 5,2 milyard dollara çatıb.
Facemark.az-ın məlumatına görə, bu barədə 2018-ci ildə “Nielsen” şirkəti tərəfindən alınan “Superdata” araşdırma şirkətinin məlumatında qeyd olunub. Ötən il belə kontentin auditoriyası 10% artaraq, 850 milyon unikal istifadəçiyə yüksəlib.
Oyun kontent axınından ən yüksək gəlir əldə edən isə “Twitch” olub. Belə ki, ötən il onun oyun videolarından gəlirləri 1,6 milyard dollara yüksəlib. İkinci gəlirli platforma isə 1,2 milyard dollara ilə “YouTube” olub. Amma onun oyun video kontenti üzrə auditoriyasının həcmi “Twitch”dən nə az nə çox, düz 3 dəfə çoxdur.
Məsələn, “Twitch”də unikal istifadəçilərin sayı 183 milyon nəfərdirsə, “YouTube” da isə bu 595 milyondur. Keçən il ərzində oyun sənayesinin ümumi gəlirləri isə 11% artaraq 110 milyard dollara çatıb.
Bazarın həcminin yarısı mobil oyunlar seqmentindən gəlir- 61,3 milyard dollar. Oyun bazarında gəlirlərin 80%-ni isə “Free to play” seqmenti gətirib. Belə ki, bu istifadəçilərə pul vəsaitlərinin məcburi daxil edilməsini istəmədən oyuna başlamağa imkan verir.
VR bazarı vəAR/MR 2018-ci ildə 46% artaraq 6,6 milyard dollara çatıb. Onlardan virtual texnoloji reallıqdan gələn gəlirlər 3,6 milyard dollar, AR/MR — dən isə 2,3 milyard dollardır. Bu isə 35%-lik illik artım deməkdir. Ekspertlər isə proqnoz edir ki, bu bazarın həcmi 2019-cu ildə 2 dəfə artaraq 11,5 milyard dollara yüksələ bilər. Mütəxəssislər 2019-cu ildə oyun sənayesində gözlənilən yenilikdən də danışıblar. Onların sözlərinə görə, bu il oyunlar üçün multiplatforma seqmenti populyar olacaq. Belə ki, oyun həvəskarları bir giriş ilə onu, həm mobil telefonunda, həm personal kompüterində, həm də oyun konsolunda oynamaq istəyir. Hesabatda, həmçinin vurğulanır ki, yeni trend “Fortnite” və onun oyunlarında populyarlıq qazanacaq.


