“Facebook” şirkətinə daxil olan “WhatsApp” messenceri bir mesajın göndərildiyi qrup və istifadəçilərin sayını 5-ə endirib.
Facemark.az-ın məlumatına görə, “Adindex” nəşri yazır ki, bu barədə “Reuters”ə şirkətin kommunikasiya üzrə vitse-prezidenti Viktoriya Qrend deyib.
Şirkətin sözçüsü qeyd edib ki, belə məhdudiyyətin tətbiq edilməsinə səbəb yalan məlumat və şayiələr ilə mübarizə aparmaqdan qaynaqlanır. Adiyyatı yenilənmə dünən, yəni yanvarın 21-də baş verib. Öncə belə bir yenilənmə “Android” daha sonra isə iOS əməliyyat sistemində dəstəklənəcək. Daha əvvəl bir mesajın göndərildiyi qrup və istifadəçilərin sayı 250-dən 20-yə qədər endirilmişdi.
Bu yenilənmə isə hələ ötən ilin yayında baş vermişdi. Hindistanda isə həmin ərəfədə bir mesajın göndərilməsi yalnız beş istifadəçi və ya qrup ilə məhdudlaşdırıldı. Buna səbəb isə adıçəkilən ölkədə “WhatsApp” vasitəsilə uşaqların oğurlanması ilə bağlı şaiyələr oldu. Hazırda isə platforma bu təcrübəni bütün dünyada əlçatan etdi.
Şirkətin məlumatına görə, platformadan istifadə edən insanların sayı bütün dünya üzrə 1,5 milyard nəfərdir.