Dünyada tanınan “Ookla” şirkətinin “Speedtest” xidməti “Speedtest Global Index”ini (2018, noyabr) hazırlayıb.


Facemark.az xəbər verir ki, hesabata əsasən, ən sürətli mobil internetə sahib olan ölkələrin siyahısı açıqlanıb. Beləliklə, hesabata, əsaslanaraq ölkələrin orta internet sürətini təqdim edirik. “Speedtest”in hesabatına görə, dünya miqyasında orta mobil internet sürəti 24,4 Mbps (megabit) dir.


Qeyd edək ki, index-də, həm mobil, həm də sabit genişzolaqlı internet sürətinə görə, ölkələrin adları elan edilib. Azərbaycanın da hər iki kateqoriyada neçənci olduğunu öyrənmək istəyirsinizsə, məqalənin davamını oxumalısınız.


Beləliklə, ən sürətli mobil internetə sahib olan ölkələrin siyahısı belədir:


25-Litva: 40.05 Mbps


24-Bolqarıstan: 40.37 Mbps


23-Makedoniya 40.5 Mbps


22-Yunanıstan: 41.26 Mbps



21-Albaniya: 42.73 Mbps


20-Monteneqro: 43.4 Mbps


19-Xorvatiya: 43.63 Mbps


18-İsveç: 44.11 Mbps



17-Yeni Zelandiya: 44.23 Mbps


16-Macarıstan: 46.85 Mbps


15-Çex Cumhuriyyəti: 46.92 Mbps


14-Lüksemburq: 47.48 Mbps


13-İsveçrə 47.61 Mbps


12-Cənubi Koreya: 47.86 Mbps


11-Belçika: 48.82 Mbps


10-Danimarka: 49.2 Mbps


9-BƏƏ: 49.86


8-Malta: 51.86 Mbps


7-Hollandiya: 54.87 Mbps


6-Avstraliya: 55.79 Mbps


5- Sinqapur: 58.22 Mbps


4-Kanada: 59.61 Mbps



3-Qətər: 60.37 Mbps


2-Norveç: 67.82 Mbps


1-İslandiya: 72.54 Mbps


Azərbaycana gəldikdə isə, ölkəmizin orta mobil internet sürəti ilə 26.61 Mbps ilə 55-ci yerdə qərarlaşıb. Ölkəmiz ötən aylar ilə müqayisədə 3 pillə irəliləyib. Sabit genişzolaqlı internetin orta sürətinə görə isə, 185.25 Mbps ilə Sinqapur birinci pillədə qəralaşıb. Azərbaycan isə ötən aylar ilə müqayisədə reytinqdə 1 pillə geriləyərək, 15.23 Mbps ilə 94-cü olub.