“Facebook”un tərkibinə daxil olan, sosial media nəhəngi “WhatsApp” bu dəfə platformaya inteqrasiya etdiyi yeni funksiyası ilə deyil, istifadəçilərin çox da xoşuna getməyən xəbər ilə gündəmdədir.


Facemark.az xəbər verir ki, yanvarın 2-i, saat 20:00-dan etibarən “WhatsApp” “Nokia”nın bəzi modellərində dəstəklənməyəcək. “WhatsApp”ın dünəndən etibarən dəstəklənmədiyi modellər isə belədir: Nokia 206, Nokia 208, Nokia 301, Nokia 515, Nokia Asha 201 və 503 arası modellər.





“Facebook”dan isə deyiblər ki, “WhatsApp”, həmçinin 2.3.7 Andorid əməliyyat sistemini dəstəkləyən “ağıllı” telefonlarında da fəaliyyətini 2020-ci ilin fevralından etibarən dayandıracaq.


iOS 7 əməliyyat sistemindən istifadə edən “iPhone”larda da yenə 2020-ci ilin fevralın 1-dən etibarən “WhatsApp” dəstəklənməyəcək.