“Bosch” ev alətləri marketinq direktoru vəzifəsinə Özlem Koçdar gətirilib.
Facemark.az-ın məlumatına görə, Koçdar şirkətin “Bosch” markasının marketinq və kommunikasiya strategiyasından və idarəedilməsindən məsul olacaq.
O, öz karyerasına 1998-ci ildə “Karma International”da başlayıb. 2005-2014-cü illərdə isə “Samsung Electronics Türkiye”də məişət elektronika departamentində satış marketinq direktoru vəzifəsini tutub. Daha sonra isə adıçəkilən firmanın bütün məhsul qrupları üzrə böyük marketinq direktoru vəzifəsinə qədər yüksəlib.
Koçdar 2016-2018-ci illər arasında isə “Whirlpool Corporation EMEA”da Türkiyə marka və kommunikasiya üzrə direktoru vəzifəsində çalışıb. O, şirkətin “Hotpoint”, “Indesit” və “KitchenAid” markalarından və onları yenidən mövqeləndirilməsindən məsul idi.
