“Facebook” “Watch” platforması ilə bağlı yekun nəticələri açıqlayıb. Şirkətdən verilən məlumata görə, platformanın aylıq auditoriyası 400 milyon, gündəlik isə 75 milyon olub.


Facemark.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı şirkətin xəbərinə istinadən yazıb. “Watch” 2018-ci ildə bütün dünyada əlçatan olub və burada şou, serial, xəbər reportajlarına baxmaq mümkündür.



Platformada ən populyar şoular “Red table talk”, “Sorry for your lose”, “Confetti”, “Returning the favor” olub. Daha yüksək populyarlığı isə qlobal interaktik oyun şousu olan “Confetti” əldə edib. Orda hesabla “Facebook” istifadəçiləri bu platforma üzərindən videolara baxmaq üçün 20 dəqiqədən çox vaxt sərf edirlər. İstifadəçilər yeniliklərdən xəbərdar olmaq və videolara təkrar baxmaq üçün platformaya tez-tez baş çəkirlər.



Xidmətin pula çevrilməsi artıq 40 ölkədə əlçatandır, yaxın vaxtlarda bütün qalan ölkələrdə də bu keçərli olacaq. İstər müəllif olsun, istərsə də media öz çarxlarına reklam əlavə etməklə, “Watch” platforması üzərindən qazanc əldə edə bilərlər. Reklamverənlər üçün şirkət böyük imkanlar təklif edir. Məsələn, populyar şoularda reklam rezervasiya və ya reklamın yerləşdirilməsini həyata keçirə bilərlər.


Bundan başqa, “Recode” yazır ki, “Facebook” adıçəkilən platforma ilə “böyük video” bazarına daxil olmağa və “Amazon”, “Netflix” və s. pullu xidmətlərə rəqib olmağa hazırlaşır. “Facebook” abunə prinspi əsasında film və serialları öz istifadəçilərinə satmağa çalışır bu istiqamətdə kontent istehsalçıları ilə müzakirələr gedir. Məsələn, HBO, “Showtime” və “Starz” kimi verilişlərin “Facebook Watch”da yayılması ilə bağlı istəklər var.