Google+ sosial şəbəkəsi yeniləndikdən sonra, üçüncü tərəf tətbiqləri tərəfindən 52,5 milyon istifadəçinin məlumatları oğurlanıb. Yenilənmiş Google+ bu ilin noyabrında buraxılmışdı.
Facemark.az xəbər verir ki, bu barədə “Google”in məlumatında qeyd olunub.
Nəticədə üçüncü tərəf tətbiqlər istifadəçilərin şəxsi məlumatlarına giriş əldə edə biliblər. “Google” tərəfindən yazılmış məlumatda qeyd olunur ki, onlar istifadəçilərin elektron poçt ünvanı, adı, yaşı, məşğuliyyət növü və s. haqqında informasiya əldə ediblər.
Amma üçüncü tərəf tətbiqlər maliyyə məlumatları, pasportun nömrəsi və şifrələr haqqında məlumatın əldə edilməsinə nail olmayıb. “Google”, həmçinin istifadəçilərini əmin edir ki, onların araşdırmasının nəticəsinə görə, üçüncü tərəf tətbiqlər tərəfindən oğurlanmış məlumatlar hər-hansı bir şəkildə istifadə olunmayıb. Məlumatların böyük itkisindən sonra, şirkət Google+ sosial şəbəkəsinin bağlanması məsələsini daha da sürətləndirməli olub.
Xatırladaq ki, daha əvvəl şirkətdən bildirimişdi ki, onlar Google+ sosial şəbəkəsini 2019-cu ilin avqustunda artıq bağlayacaqlar. Amma yuxarıda qeyd etdiyimiz səbəbə görə, kompaniyaya məxsus olan sosial şəbəkənin bağlanması daha erkən, 2019-cu ilin aprelində reallaşacaq.