“Huawei”in maliyyə dirketoru Meng Wanzhou 10 milyon Kanada dolları (təxminən 7,500 milyon dollar-red.) qarşılığında azadlığa buraxılıb.
Çinin telekommunikasiya nəhəngi “Huawei”in sahibinin qızı və şirkətin maliyyə direktoru (CFO-su) ABŞ-da başladılan istintaq çərçivəsində dekabrın1-də Kanadada həbs edilmişdi.
Facemark.az xəbər verir ki, iddia isə İrana qarşı sanksiyaların pozulması idi.
Kanadanın Vankuver şəhərində nəzarətdə saxlanılan Wanzhou qaçış riskinə rəğmən, 10 milyon Kanada dolları pul cəzasi ilə azadlığa çıxarıldı. Ancaq o adıçəkilən şəhərdə yerləşən evindən ayrıla bilməyəcək və elektronik qandal ilə izləniləcək. Meng, həmçinin mövcud bütün pasportlarını Kanadalı hakimiyyət orqanlarına verəcək.
Wanzhou məhkəmədə 55 səhifəlik bəyanatla deyib ki, ABŞ tərəfindən tutulsa belə, İrana qarşı sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır.
Meng Wanzhoun vəkili David Martin isə məhkəmədə açıqlamasına qeyd edib ki, əgər o çıxarılan qərarları pozarsa və ölkəni hər-hansı bir yolla tərk edərsə, bu halda Çinin telekommunikasiya nəhənginin Kanadadakı rəsmi siması olaraq, Çinin ondan utanacağını demək şişirdilmiş olmayacaq.
Qeyd edək ki, Meng Wanzhou, başqa adla Sabrina Meng 1972-ci ildə doğulub. 1993-cü ildən “Huawei”də çalışır, 1998-ci ildə isə Meng Xuaçjun şəhərinin elmi-texniki universitetində magistr təhsili alıb. Şirkətin əsası hələ 1987-ci ildə sabiq Çin zabiti Ren Zhengfei tərəfindən qurulub. “Forbes” 2018-in dünyanın ən zənginləri siyahısında 74 yaşlı biznesmen, 2 milyard dollarlıq sərvəti ilə 1215-ci olub.