Ötən həftə “MIDC 2018” konfransında IKEA və “Xiaomi” istehsalçıları əməkdaşlığa başladıqlarını elan ediblər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasındakı razılığa görə, cari ilin dekabrında IKEA-nın “ağıllı” işıq cihazları “Xiaomi”nin əşyaların interneti platformasına inteqrasiya olunacaq. Əməkdaşlğın birinci hissəsi məhz Çin bazarında reallaşacaq, amma nəticədə hər iki şirkət onu başqa ölkələrə də daşımaq niyyətindədir.


IKEA ilə əməkdaşlığından danışan “Xiaomi”nin əşyaların interneti departamentinin rəhbəri Fan Dian deyib ki, “Bizim əməkdaşlıq bütün dünyada ağıllı ev sənayesinin inkişafını sürətləndirəcək”.


Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin oktyabr ayı üzrə proqnoza görə, “Xiaomi”nin əşyaların interneti platformasına dünyanın 200 ölkəsində 132 milyondan çox qurğu (bura noutbuk və smartfonlar daxil deyil) qoşulub.