Çinin texnologiya firması “Huawei”in sahibi Ren Zhengfeinin qızı və şirkətin CFO-su Meng Wanzhounun tutulduğu bildirildi.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, Kanadalı rəsmilər, dünən Çinli “ağıllı” telefon istehsalçısı və telekommunikasiya nəhəngi “Huawei Technologies”in baş maliyyə inzibatçısı Meng Wanzhouyu ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə həbs ediliyini açıqlayıb.


Kanadanın Ədalət Nazirliyinin sözçüsü Ian McLeod deyib ki, Meng ötən şənbə günü Vancouver şəhərində yaxalanıb. Onun sözlərinə görə, şirkətin CFO-sunun ilk məhkəməsi dekabrın 7-də baş tutacaq.


O, məsələ ilə bağlı əlavə şərh etməyib və bildirib ki, qadağa var. Baş maliyyə inzibatçısı ABŞ-a təhvil verildiyi təqdirdə, Nyu-York şəhərinin Şərq bölgə məhkəməsində mühakimə ediləcəyi bildirilib. Çinin Ottawa şəhərindəki səfiri isə deyib ki, Mengin həbs edilməsi insan haqlarının pozulmasıdır və o, dərhal azad edilməlidir. Amerika Birləşmiş Ştatlarının Ədalət Nazirliyi isə Mengin tutulması məsələsini şərh etməkdən imtina edib.


Qeyd edək ki, hələ aprel ayında ABŞ “Huawei”yə İrana qarşı sanksiyaları pozduğuna görə, istintaqa başlamışdı.