“App Store”nin Rusiya bazarı üzrə seqmenti “iPhone” və “iPad” üçün ən çox yüklənən pulsuz və pullu əlavələrin adını açıqlayıb. Reytinqə ənənəvi olaraq ünsiyyət üçün pulsuz əlavələr başçılıq edib. Pullu əlavələr arasında isə fotonun “edit” olunması və idman üçün tətbiqlər populyar olub. Elə buna görə də, heç bir oyun reytinqin onluğuna daxil ola bilməyib.


Facemark.az xəbər verir ki, bu barədə vc.ru “App Store” Rusiya redaksiyasına istinadən yazıb. Reytinqdə pulsuz əlavələr arasında ən populyarı ötən ildə olduğu kimi “WhatsApp” messenceri tutub. Reytinqin ikinci pilləsində isə 2018-ci ildə yükləmənin miqdarına görə, “Vkontakte”ni qabaqlayan “Instagram” qərarlaşıb. Artıq neçə il ardıcıl olaraq “Sberbank Onlayn” reytinqdə dördüncüdür.


Birinci dəfədir ki, reytinqə Çindən gələn malların onlayn satışı ilə məşğul olan “Pandao” saytı düşüb, 9-cu sırada qərarlaşıb. “Dövlət Xidmətləri” əlavəsi isə onuncu yeri tutub. TOP-10-luğa, həmçinin 2017-ci ildə reytinqin 5-ci sırasında qərarlaşan “Avito” və “Yula” əlavəsi də düşməyi bacarıb.


Şəkillərin “edit” olunması üçün istifadə olunan KİRAKİRA+ əlavəsi isə “iPhone” üçün pullu əlavələrin reytinqində 7-ci sıradan 1-ciyə yüksəlib. “iPhone” üçün ən çox yüklənən və pullu əlavələr üzrə reytinqdə ikinci isə “Glitché” əlavəsi olub. Üçüncü yerdə isə idman məşqi üçün lazım olan #BS365 Workouts əlavəsi olub. Reytinqin 4-cü və 5-ci sırasında isə müvafiq olaraq çəkilişləri “edit” etmək üçün lazım olan “Facetune” və “Dalgona” əlavələri olub. 6 və 7-ci yerlərdə isə “Afterlight 2” və “TouchRetouch” əlavələri qərarlaşıb.


2018-ci ildə “iPad” üçün pulsuz, məşhur əlavələr arasında rus istifadəçiləri “Vkontakte”, “YouTube” və “Aliexpress”i yükləyib. 2018-ci ildə rus istifadəçilərinin yüklədiyi pullu əlavələr arasında “Apple”in planşetləri üçün nəzərdə tutduğu, rəsm çəkilməsi üçün alət “Procreate” tətbiqi və pleyer AVPlayerHD və AR-tətbiq “Kiçik pişik balası” tutub.