“Facebook” şirkəti rus reklamverənlərinə 20%-lik vergi nəzərdə tutub. 2019-cu ilin yanvarından etibarən şəxsi və ya biznes məqsədləri üçün yerləşdirilən reklamlardan 20%-lik vergi (ƏDV) tutulacaq.


Facemark.az-ın məlumatına görə, bu haqda şirkət öz rəsmi saytı üzərindən platformada reklam almaq istəyən rus istifadəçilərinə xəbərdarlığıda deyib. Yenilik Rusiyanı biznesin idarə edilməsi ölkəsi kimi göstərən bütün reklam hesablarına şamil olunacaq. Reklam yerləşdirən zaman istifadəçilər əmin olmalıdırlar ki, onlar tənzimləmələr zamanı düzgün məlumatları yerləşdiriblər.


“Facebook”dan bildiriblər ki, əməliyyatları yerinə yetirən zaman “Vergi Kimlik Nömrə”sindən istifadə elə də vacib deyil. Ancaq bu, Rusiya Federasiyasının vergi orqanlarının köməyi ilə ƏDV qaytarılması prosedurunu yüngünləşdirə bilər. Sosial şəbəkədən, həmçinin bildiriblər ki, “Facebook” vergi konsultasiyası ilə məşğul olmur, onlar lazım olan məlumatları adiyyatı ölkənin müvafiq şöbələrindən əldə edə bilərlər. Sosial platforma bunu rus istifadəçilərinə tövsiyə kimi qeyd edib.


Xatırladaq ki, 2017-ci ilin yanvarın 1-dən Rusiya Federasiyası yeni qanun qəbul etmişdi. Qanuna görə, internet vasitəsilə ölkənin ərazisində elektron məzmunla ticarət edən xarici şirkətlər ƏDV ödəməyə məcbur edilmişdi. Sənədin qeyri-rəsmi adı isə “Google-da vergi” idi.