“Apple” kompaniyası Milad bayramı və Yeni illə bağlı reklam çarxını təqdim edib. Reklam çarxı “Share your gifts” (Öz hədiyyələrini paylaş) adlanır. Çarx “Pixar” cizgi filmi stilində olan animasiya videosudur.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, videonun əsas qəhrəmanı olan qız - Sofiya özünün yaradıcı layihəsi olan “MacBook” üzərində çalışır.
Amma o layihəsi ilə bağlı nəticələri heç kim ilə bölüşmək istəmir, elə buna görə də yazdığı vərəqləri qutunun içində gizlədir. Onun yaradıcılığının bütün dünyaya açılması isə təsadüfən baş verir. Belə ki, itin pəncərəni açması və küləyin onun vərəqlərini uçurtması hər şeyi dəyişir. Adıçəkilən eskizlər müxtəlif insanların əlinə keçir və onlar Sofiyanın yaradıcılığını bəyənirlər. Beləliklə, çarx vasitəsilə insanları öz yaradıcılıqlarını hamı bölüşməyə çağırış edilir.
Çarxda təsvir edilir ki, “siz nə vaxtsa mükəmməl iş ərsəyə gətirirsiniz, amma onu kiminləsə bölüşməyə qorxursunuz”. Çarxda yaradıcı gənclərin sevdiyi çoxlu brend görmək mümkündür. Məsələn, Sofiya “Nike OG Cortez” krassovka, Sonic Youth qrupundan köynək geyinir. Onun noutbukunun üzərində geyim markası “Supreme”nin loqosu, DFA-nın musiqi leyblı, MOCA (Museum of Contemporary Art – Müasir İncəsənət Muzeyi – Los-Anceles) loqosu var.