Dünyada bu ilin sonunda 5 milyarddan çox e-poçt hesabının istifadədə olması gözlənilir. Bəs, bu gün istifadə etdiyimiz e-poçt kim və nə zaman kəşf edib?
Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, keçmişi 1960-cı illərə qədər uzanan e-poçt ilk dövrlərdə məlum olduğu kimi məhdud çərçivədə istifadə edilirdi. 1970-ci ildə yaradılan və bu gün istifadə etdiyimiz e-poçtu kəşf edən isə Ray Tomlinson adlı kompüter mühəndisi olub.
Ray Tomlinson kəşf etdiyi e-poçt sistemi başlanğıcda ABŞ-ın Müdafiə Nazirliyinin tərkibində idi və bu gün istifadə etdiyimiz internetin “ata”sı hesab olunan “ARPANET” üzərində istifadə edilirdi. Tomlinson ilk e-maili 1971-ci ildə göndərib. İlk e-poçtun kontenti isə “QWERTYUIOP” idi. O, bu mesajı sistemin işlədiyini yoxlamaq üçün göndərmişdi. Bununla yanaşı, mühəndis bu gün ən çox e-poçt alıb göndərərkən istifadə etdiyimiz “@” işarəsini də kəşf edib.
Texnologiya araşdırma firması “Radicat”ın proqnozuna görə, cari ilin sonunda 5 milyard 235 milyon poçt hesabı istifadədə olacaq. Araşdırma şirkətinin məlumatına görə, bu il hər gün 228 milyard e-poçt alınıb və göndəriləcək. “Radicat” təxmin edir ki, bu ilin sonunda e-poçtdan istifadə sayı yenə 2 milyard 849 milyona yaxınlaşacaq.
