“Twitter” sosial şəbəkəsi yaxın zamanda bəyən düyməsindən (like) imtina edə bilər. Belə addım sosial şəbəkədə ünsiyyətin keyfiyyətinin yaxşılaşmasına yönələ bilər.
Facemark.az-ın məlumatına görə, bu barədə “The Telegraph” nəşri şirkətin banisi Cek Dorsinin açıqlamasına istinadən yazıb.
Qəzet qeyd edir ki, şirkətin banisi bu yaxınlarda təşkil edilən tədbirlərin birində deyib ki, o heç vaxt bəyənmə-ürəy düyməsindən istifadənin pərəstişkarı olmayıb. Qeyd etmək yerinə düşər ki, 2015-ci ildə “favorites” düyməsini “like” düyməsi əvəzləmişdi. Ürəy-bəyən (like) düyməsi daha əvvəl ulduz formasında idi və istifadəçilərə paylaşımı sosial şəbəkənin qeydlər hissəsində saxlamağa imkan verirdi.
Ulduz formasında olan “favorites” düyməsinin əvəzlənməsi ilə bağlı sosial şəbəkədən qeyd etmişdilər ki, istifadəçilər hansısa paylaşımı bəyənə bilər, amma bu o demək deyildir ki, onlar bunu saxlamaq niyyətindədir. O, vaxt istifadəçilərin əksəriyyəti sosial şəbəkənin bu yeniliyinə neqativ reaksiya vermişdilər. Şirkət “Twitter”in rəsmi platforması üzərindən məlumatı təsdiqləyib və sosial şəbəkənin nümayəndəsi deyib ki, adıçəkilən məsələ ilə bağlı planlar hazırda müzakirə mərhələsindədir. Platformanın kommunikasiya üzrə vitse-prezidenti Brendon Borrman isə deyib ki, bu yenilik tezliklə baş verməyəcək.