Britaniyanın hərrac evi olan “Christies” Monetdən Pikasso, Da Vinçiyə qədər məşhur rəssamların əsərlərini aksionda satıb. Bu dəfə də hərrac evi oktyabrın 23-25-də yeni portreti hərraca çıxarıb. Amma onu ərsəyə gətirən insan yox, sünii intellekt olub. Belə ki, “Christies” tarixində ilk dəfə olaraq aksiona süni intellektlə hazırlanmış portret çıxarıb.


Facemark.az xəbər verir ki, portretin ilkin satış qiyməti 7 000 funt sterlinqdən 10 000 funt sterlinqə qədər təşkil edib. Amma portretin satış qiyməti hərracda dəfələrlə baha qiymətə 432 000 dollara satılıb.



Portretin ölçüsü isə 70×70 sm-dir. İlkin adı “Edmond Bellamynin Portreti” rəsmi “Obvious” neytral şəbəkəsi tərəfindən hazırlanıb. Portretdə ağ yaxalıqlı, qara əlbisə geyinmiş və üzü bulanıq şəkildə olan kişi təsvir edilib. “Obvious” onların internet saytında qeyd olunduğu kimi, dost, rəssam və tədqiqat aparan fransız kollektivdən ibarətdir. Tədris prosesində 14-20-ci əsrlərdə çəkilmiş ümumilikdə 15 min portretin məlumat bazası neyron şəbəkəyə yüklənmişdir. Daha sonra, alınan məlumatlar əsasında, neytral şəbəkə rəsmləri təkrarlayıb.


Şəbəkə xəyalı “Bellamy” ailəsinin üzvlərini təsvir edən on bir portret yaradıb. İstehsalçılar bu adı süni intellekt üzrə məşhur mütəxəssisin şərəfinə yuxarıda adıçəkilən soyadı fikirləşiblər.


Satışı təşkil edən muzeyin mütəxəssisi Riçard Lloyd bu haqda deyib ki, “Süni intellekt gələcəyin sənət bazarında əhəmiyyətli yerə sahib olacaq texnologiyalardan biridir. Bunların təsirinin nə olacağını təxmin etmək üçün isə hələ tezdir”.