“Mail.Ru Group” reklam gəlirlərinin artım sürəti üzrə bazarı qabaqlamağa davam edir. Belə ki, ikinci rübdə adıçəkilən seqment üzrə gəlirlər 37% artmışdısa, üçüncü rübdə isə bu 38% təşkil edib.
Facemark.az-ın məlumatına görə, Rusiya mətbuatı şirkətin hesabatına istinadən xəbər verir ki, internet holdinqin reklamın satışından gəlirləri 7,7 milyard rubl (118 milyon dollar-red.) təşkil edib.
Axtarışın pula çevrilməsi şirkətin reklam strukturundakı payı kiçikdir, adıçəkilən sahədən pul qazanmaq hələ də kompaniya üçün çətinlik olaraq qalır. Bu sahə istisna olmaqla, reklam gəlirləri 46% artıb. AKAP-ın son məlumatına görə, ilin birinci yarısında dijital bazar 21% artım göstərib.
“Reklam gəlirlərində artımın baş verməsi, büdcənin təkcə yenidən paylaşılmasına görə olmayıb. Belə ki, istifadəçilərin sayında artımın baş verməsi, texnologiyanın təkmilləşdirilməsi, satışların yüksək effektivliyi səbəbindən dolayı yaranıb”, - deyə şirkətin Direktorlar Şurasının sədri, Dmitri Qrişin və baş direktor Boris Dobrodeyev deyib. Reklam sahəsində mobil reklamın xeyrinə büdcənin yenidən paylaşdırılması davam edir, xüsusən də bu hal sosial şəbəkələr üzrə reklamlarda baş verir. Cari ilin üçüncü rübündə bu tendensiya dəyişməz olaraq qalıb. Adıçəkilən sahə dijital seqmentə daxil olan, işlərini gün keçdikdə dijitallaşdırmaq istəyən böyük, kiçik, orta bizneslər tərəfindən dəstəklənir. Şirkətlərin mobil promo aksiyaları sosial şəbəkələr üzərindən potensial müştərilərə çatdırılır. Həmçinin video postlar da əvvəlki illərdə olduğu kimi reklam seqmentinin ən tez böyüyən sahəsi hesab olunur. Reklamverənlərin “Vkontakte” və “Odnoklassniki”ndə olan aktivliyi davam edir.
“Mail.Ru Group”un ümumi gəlirləri 32% artaraq 17,7 milyard rubla qədər yüksəlib. Buna görə də, şirkətin xalis mənfəəti 0,6% azalıb və 2,7 milyard rubla çatıb. Hərçənd şirkət əsas investisiyalarını 2018-ci ilin birinci yarısında edib. Üçüncü rübdə isə artıq şirkət böyük perspektiv gördüyü bir sıra layihələrə (O2O- təşəbbüslərə) sərmayə qoymağa davam edirdi. Amma layihələr hələ ki, öz xərcini çıxara bilmir. EBITDA üzrə ümumi təsir isə, ilin birinci yarısına görə, daha az olub. EBITDA-nın əsas nəticələri ötən ilin analoji dövrü ilə müqayisədə 6% artıb və 4,3 milyard rubla çatıb. “Vkontakte”yə gəlincə isə, sosial şəbəkə bütün göstəricilər üzrə əla nəticələr göstərib. Auditoriyanın gündəlik əhatə dairəsi artıb, məzmunun istehlakı yüksəlib. “Vkontakte”nin gəlirləri nə az nə çox düz, 45% artaraq 4,4 milyard rubla yüksəlib. 2018-ci ilin sonuna artıq “Vkontakte” sosial şəbəkəsini gəlirləri iki il əvvəl ilə müqayisədə iki dəfə artıq olacaqdır. “Mail Ru Gorup” 3-4 il ərzində şirkətin gəlirlərini 2 dəfə artırmağı gözləyir. Üçüncü rübdə MMO-oyunlardan gəlir 31%-ci ildə böyüyüb, 5,7 milyard rubl təşkil edib. Gəlirlərin 64%-i demək olar ki, əcnəbi istifadəçilərdən gəlib. “Delivery Club”un isə orta aylıq auditoriyası mobil qurğular üzərindən 35%-dən çox, gəlirləri isə 37% artıb.