“Brand Week Istanbul” Türkiyənin biznes və markalar dünyasını, yaradıcı sənayesini, dünyanın ən uğurlu ad və layihələrini birləşdirir. Konfrans bu il 5-9 noyabr tarixində Zorlu PSM-də təşkil edilir. Hər il fərqli deviz ilə həyata keçirilən konfrans bu il “Sərhəd Tanımayan Fikirlər” şüarı ilə minlərlə iştirakçıya qapılarını açacaq.

Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, “Brand Week Istanbul”un bu ilki şərəf qonağı isə Türk kinosunun canlı əfsanəsi, aktyor Şener Şen olacaq.



O, iştirakçıların qarşısına noyabrın 7-də çıxacaq. Aktyor sənət və həyat arasındakı dioloqdan, karyerası ərzində yaratdığı real personajlardan və noyabrın sonunda başlayacağı yeni layihələrindən danışacaq. Şener Şen sərhəd tanımayan bir əfsanə olaraq “Brand Week Istanbul”un ana səhnəsində yer alacaq.


İqtisadiyyat və insan psixologiyası arasındakı əlaqələri araşdıran Prof. Barry Schwartz; biznes sahəsində beynəlxalq səviyyəli ən çox satan yazar, spiker, strateji konsultant Bernard Marr; Kellogg School of Management-də nevroelm və idarətetmə professoru Moran Cerf; Walt Disney animasiya studiyalarında rejissor, dizayner, animator olan Eric Goldberg; dünyada müsəlman hədəf kütlə üçün konsultasiya verən yeganə agentlik olan “Ogilvy Noor”un vitse-prezidenti Shelina Janmohamed; sabiq Milli Komanda və NBA basketbol oyunçusu Mehmet Okur; aktyor sənəti ilə ölkə sərhədlərini aşan Mehmet Günsür; Eczacıbaşı Holdingin İdarə heyətinin sədr köməkçisi Faruk Eczacıbaşı; müştəri portfelində nəhəng markaları saxlayan “yeni nəsil” agentlik “Anomaly”nin Qlobal Əməliyyatlarından məsul prezidenti Karina Wilsher və s. şəxslərin simasında Brand Week Istanbul çərçivəsində bütün İstanbula yaradıcılıq yayacaq.


Xatırlatmaq yerinə düşər ki, onlayn marketinq portalı Facemark.az Türkiyədə altıncı dəfədir ki, təşkil edilən “Brand Week Istanbul” konfransının Azərbaycan üzrə rəsmi təmsilçisidir. Bizimlə birlikdə bu il keçirilən foruma tam giriş haqqında 25% ENDİRİM əldə edə bilərsiniz. Necə sualına cavab verənlər üçün aşağıda qeydiyyat linki əlavə edirik.


https://www.brandweekistanbul.com/online-kayit/?KUPON=FACEMARK