Amerikanın avtomobil markası Ford avqustda tenderin nəticələrinə, əsasən “rəsmi innovasiya partnyor”unu elan etmişdi.
Facemark.az xəbər verir ki, bunun davamı olaraq marka yeni reklam agentliyi olan “Wieden + Kennedy New York”un əlindən çıxan ilk kampaniyasını hədəf kütlə ilə paylaşıb.
Bir dəqiqə davam edən reklam filmində Hollywood ulduzu Bryan Cranston çəkilib. Biz onu reklam filmində, müxtəlif xarakter və şəxsiyyətlərdə - texnologiya mütəxəssisi, siyasətçi, alim, hətta robot kimi görürük. Çarxın qəhrəmanı bəşəriyyətin gələcəyinin fikirlər ilə və ya danışaraq deyil, iş icra etməklə inşa edilə biləcəyinin mümkünlüyündən bəhs edir. “Qoy, başqaları gələcəyi xəyal etməyə davam etsinlər. Onu inşa edənlər isə biz olacağıq”, - deyən kampaniya 2019-cu il ərzində televiziya ilə yanaşı, müxtəlif onlayn mediada da göstəriləcək.
“Ford Group”un vitse-prezidenti Joy Falotico kampaniya ilə bağlı belə deyib: “Tanıdığım bütün Ford işçiləri hər gün Ford avtomobilindən istifadə etməkdən və müştərilərimiz üçün mükəmməl məhsul, xidmətlər inşa etməkdən qürur duyaraq işə gəlirlər. Kampaniyanın ürəyindəki əsas fikir də elə budur”.