“Burger King” publikanı təəccübləndirməkdə davam edir.


Facemark.az xəbər verir ki, marka yaxınlaşan “Halloween” (31 oktyabr) bayramı ilə əlaqədar olaraq özünün məhdudlaşdırılmış dəhşətli yaşıl hamburgerlərini hazırlayıb. Onlar, həmçinin reklam kampaniyasında istifadə olunub.


Çarxın süjetinə görə, alimlər qrupu keçirilən sınaq ilə sübut edib ki, yaşıl hamburgerlər gecə kabuslarına səbəb olmağa qadirdir. Sınaq sübut edib ki, belə hamburgerlərdən yeyən şəxslər, 3-5 dəfə daha çox kabus görüb. Reklam kampaniyasının sloqanı isə öz kabuslarını yedizdir (Fedd Yours Nightmares) olub.