Son illər “Alibaba” Rusiya bazarına aktiv investisiya edir. Bir il ərzində ticarət platforması üzərindən aktiv istifadəçilərin (alış-veriş edən) sayı təxminən 20 milyon nəfər təşkil edib.
Facemark.az-ın məlumatına görə, bu barədə “AliExpress”in Rusiya nümayəndəliyinin rəhbəri Lyu Vey RBK-ya bildirib.
“Biz hesab edirik ki, belə aktiv istifadəçilər il ərzində davamlı olaraq bir yox, bir neçə dəfə platforma üzərindən alış-veriş edirlər. “Tmall”ın göstəriciləri hələ ki, aşağı olsa da, onun gəlirləri sürətlə artmaqdadır. Belə ki, il ərzində Rusiya üzrə “AliExpress”in dövriyyəsinin 10%-ni təşkil edib”, - deyə Lyu Vey belə deyib.
Analtiklərin proqnozlarına görə (İnternet-ticarət şirkətlərinin Assosiasiyasının - AKİT), 2018-ci ildə Rusiya AliExpress vasitəsilə Çin mallarının satışından əldə edilən gəlir, rəqibindən bir neçə dəfə çox, təxminən 212 milyard rubla çatacaq.
Başçı deyib ki, son illər “Alibaba” Rusiya bazarına aktiv investisiya edir. Belə ki, loqistikaya sərmayə 500 milyon rubla çatıb, IT sahəsi üzrə investisiya isə 2 milyard rubla (30 milyon dollara) yüksəlib. Plus şirkət Rusiya əməkdaşlıq infrasturukturunun inkişaf etdirilməsinə də aktiv sərmayə qoyur.
İnternet-ticarət şirkətlərinin Assosiasiyasının (AKİT) məlumatına görə, 2017-ci ildə transsərhəd göndərişlərinin 91%-i Çindən bağlamalar olub. Hazırda “AliExpress.com” Çin malları ilə ruslar arasında ən populyar internet platformasıdır. Bazar payı 86,8%-dir. Assosiasiyanın proqnozuna görə, bu il transsərhəd ticarətin Rusiya bazarının həcmi 451,8 milyard rubla çata bilər. Ötən il isə bu rəqəm 374,3 milyard rubla təşkil edib. Çindən Rusiyaya bağlamaların həcmi isə 244,6 milyard rubla çata bilər ki, bu göstərici isə 2017-ci ildə 198,8 milyard rubl olub.