Yeni yaradılan “Lookum” platformasında restoranlardan, bankçılığa, avtomobil sektorundan marketlərə qədər onlarla sektorda fəaliyyət göstərən Türk sahibkarları bir araya gələcək.
Facemark.az türk mətbuatına istinadən xəbər verir ki, platforma, həm fərdi istifadəçilərə üstün fürsətlər təklif edir, həm də türk sahibkarlarına bir yerdə böyümək imkanı yaradır.
“Lookum” platforması xaricdə yaşayan türklərin gündəlik ehtiyaclarını, yenə türk sahibkarları ilə qarşılaması məqsədilə yaradılıb. Tətbiqi artıq “App Store” və “Google Play”dən pulsuz yükləmək əlçatan olub. Tətbiq istifadəçilərinə 70 ölkə və 845-dən çox şəhərdə türk marketlərindən, gözəllik salonlarına, vəkillərdən həkimlərə, musiqi qruplarından, yaşam koçlarına qədər, 37 sektorda 4 min 500-dən çox firma və şirkətlərə giriş imkanı verir.
Tətbiq türk sahibkarları tərəfin qurulan və 2009-cu ildən bu yana fəaliyyət göstərən Linkingbridge Media and Trade Services tərəfindən yaradılıb. Yeni platforma istifadəçilərə Türk firmaları ilə bağlı detallı informasiya təqdim etməklə yanaşı, onlara qiymətləndirmə balı verməsini, şərh etməsini təklif edir.
“Öz ehtiyaclarımızdan ortaya çıxdı”.
Linkingbridge Media and Trade Services CEO-su Abidin Karabulut deyib ki, platforma öz ehtiyaclarımızdan qaynaqlanaraq meydana gəlib: “Dilinden Anlar” sloqanı ilə, həm xaricdə yaşayan, həm də xaricə səyahət edən vətəndaşlarımıza eyni mədəniyyət və dəyərləri paylaşan tədarükçülərə zəhmətsiz çatdırılma xidməti təklif edəcəyik. “Lookum” adi bir bələdçidən daha çoxudur. İstifadəçilərinin həyatının hər sahəsinə nüfuz edərək, geniş çeşiddə alternativ təklif edən köməkçi funksiyaya malikdir”.
Karabulut deyib ki, türk sahibkarları, digər türk tədarüküləri və biznes tərəfdaşları bir araya gətirəcək “Lookum İşletmem” tətbiqi 2019-cu ilin ilk rübündə istifadəçilərin ixtiyarında olacaqdır.