Dünyanın ilk 4 kameralı, “Samsung”un üst səviyyəli “ağıllı” telefon modeli olan “Samsung Galaxy A9” (2018) təqdim edilib.
Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, “Galaxy A9” dünya ilə eyni vaxtda Türkiyənin Bağdad prospektindəki “Samsung Təcrübə Mağazasında” nümayiş olunub.
“Samsung Electronics Türkiyə”nin Biznes Birliyi Satış direktoru Eren Rıfat Arman: “Vizual ünsiyyətin əhəmiyyət qazandığı bir dünyada, gənc nəsillər telefonlarını bir cihaz olaraq qəbul etmirlər. Belə ki, onlar smartfonlara həyat tərzlərini əks etdirən əşya kimi baxırlar. “Galaxy A9”un funksional 4 kamerası ilə gənc nəsillərin foto çəkilişi ilə bağlı sevgilərini üst səviyyəyə daşıyırıq. Güclü batareya tutumu, yüksək saxlama yeri və sAMOLED ekranı ilə dörd dördlük əyləncə üçün aradıqları cihazı təklif edirik”, - deyib.
“Galaxy A9” nə təklif edir?
“Galaxy A9”a dünyanın ilk dörd arxa kameralı “ağıllı” telefon nüfuzunu qazandıran kameralar bu şəkildə sıralanır. 24MP-lik əsas kamera, 8 MP-lik 120° Ultra Geniş Planlı kamera, 10MP-lik Tele kamera və Canlı Fokus funksiyası təqdim edən 5MP-lik kamera. “Galaxy A9”, təkcə kamerası ilə deyil, digər funksiyaları ilə də üst səviyyəli “ağıllı” telefondur. 6.3 inçlik Full HD+ ekranı olan cihaz gücünü 2,2 GHz-ə qədər frekans sürəti təqdim edən Snapdragon 660prosessordan alır.
128 GB saxlama yeri, 6GB Ram ve 512GB-a qədər genişləndirilə bilən yaddaş kartı təklif edən “Galaxy A9” telefonunuzda daha çox foto saxlamaq imkanı verir.
“Galaxy A9”un digər kamera funksiyalarına yaxından baxaq:
Əsas kamera: Standart avtomotik foto çəkilişlərində istifadə olunan 24 MP-lik həllə, f/1.7 diapazonlu kamera.
Telefoto Kamera: 10MP həllə, f/2.4 diapazonlu kamera, 2x optik yaxınlaşdırma təklif edir.
Geniş planlı kamerası: 8MP-lik həllə sahib olan kamera, 120 dərəcəyə qədər geniş planlı fotolar çəkməyinizə kömək olacaqdır.
Dərinlik kamerası: 5MP -lik həllə, f/2.2 diapazona sahib olan kameranın funksiyası hər-hansı bir nəsnə, ya da şəxsin portretini çəkmək istədiyinizdə səhnəni təyin edərək, arxa planı bulanıqlaşdırır.
Android 8.1 Oreo ilə gələn “Galaxy A9, 3800 mAh batareyası ilə bir gündən çox istifadə müddəti vəd edir. Cihazın qiyməti isə noyabrda satışa çıxanda məlum olacaqdır.
“Galaxy A9”un digər texniki funksiyaları:
Ekran: 6.3 inç, 1080 x 2220 piksel, Infinity Display
Prosessor: Qualcomm Snapdragon 660 (8 x Kryo 260 / 2.2 GHz ),
Grafik Birimi: Adreno 512 GPU
RAM və Saxlama yeri: 6 GB / 8 GB RAM – 128 GB saxlama yeri, microSD kart dəstəkli Arxa Kamera: 24 Megapiksel f/1.7 – 10 Megapiksel f/2.4 – 8 Megapiksel f/2.4 – 5 Megapiksel f/2.2
Ön Kamera: 24 Megapiksel, f/2.0 diapazon
Batareya: 3800 mAh
Prosessor Sistemi: Android 8.0 Oreo
Boy və Ağırlıq: 162.5 x 77 x 7.8 mm, 183 qram
