Rusiyada Həbib Nurmaqomedov və Konor Makqreqorun döyüşünü nümayiş etdirən birbaşa yayım tamaşaçıların böyük diqqətini cəlb edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə ki, döyüş ərəfəsində “Matç TV”nin hədəf auditoriyanın 80%-ni Şimali Qafqaz sakinləri təşkil edib. Bu isə, Rusiya üzrə yarım dəfə çox göstərici deməkdir.


“Matç TV”də yarışın birbaşa yayımı getdiyindən, adıçəkilən TV Moskvada bütün telekanallar arasında 1-ci yeri tutub. Bu isə yarışın canlı yayımlandığı 05:00-08:16 saatlarına təsadüf edib. Moskvada Həbib və Konorun döyüşünə baxan məqsədli auditoriyanın həcmi 07:23 və 08:16 dəqiqələrində rekord həddə çatıb. Bu isə Rusiya TV-də təkbətək döyüşlərin nümayişinin bütün tarix ərzindəki ən yüksək rekordu (65,4%) hesab olunur. Pik hədd isə 67,5%-ə çatıb. “Mediascope”nin məlumatına görə, bütün yayımların orta payı 55,9%-ə yüksəlib. Bütövlükdə Rusiya üzrə bütün döyüşlərin translyasiyasının orta payı 05:00-dən 08:16-a qədər 51,8% təşkil edib. Nurmaqomedov ilə Makqreqorun döyüşü zamanı isə bu hədd 60,4%-ə , pik vaxtı isə 61,7%-ə çatırdı. Bu göstəricilər, bu günə qədər “Matç TV”-də yayımlanan idman translayasiyası üzrə mütləq rekord hesab olunur. Adıçəkilən təkbətək döyüşə qədər isə, “Matç TV”-nin tarixində rekord izlənmə Dünya Çempionatı dövründə İngiltərə və Kolumbiya qarşılaşması olub.


Xatırladaq ki, “Odnoklassniki” sosial platformasında da translyasiya rekord tamaşaçı axınına məruz qalıb. Titul döyüşünün sonuna qədər tamaşaçı sayı 13 milyon nəfərə çatıb. Onlardan yalnız 9 milyon nəfər tamaşaçı isə Nurmaqomedovla Makqreqorun döyüşünə baxıb. Pik vaxtı, döyüşə eyni anda baxan tamaşaçıların sayı isə 1,8 milyon nəfər olub.