Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics 2018-ci ilin 3-cü rübündən əldə etdiyi mənfəət miqdarını 15,4 milyard dollar (17,5 trilyon von) olduğunu açıqlayıb.


Facemark.az xəbər verir ki, rəqəmlər görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 20%-lik artım deməkdir.


“Samsung” ilk dəfədir ki, tək bir rübdə bu qədər yüksək nəticə əldə edir. Ekspertlərə görə, buna şirkətin öz rekordunu qırdığını demək olar. Firma “Galaxy S9”un satışlarına görə, xəyal qırıqlığına məruz qalıb. Amma mənfəətdəki artıma səbəb isə Samsungun yaddaş çiplərinə olan tələbatın yüksək olması olub.


Cari ilin üçüncü rübündə şirkət gəlirlərini 62 trilyon vondan 65 trilyon vona yüksəldib. “Samsung”un departamentlərə görə, performansını əks etdirən detallı nəticələr ilə oktyabrın sonunda paylaşılması gözlənilən hesabatda yer alacaqdır.