Sizə nəsə yazmaq lazımdır, o zaman “Freewrite Traveler”i çıxarın və yazmağa başlayın. Bu elə qajetdir ki, onda nə “Facebook”, nə də ki, elektron poçt mövcudur. Qadjet təcili qeydlərinizi etməyiniz üçün sizi cəlb edəcəkdir. Qurğu hər gün istinasız olaraq mətnlə işləyən şəxslər üçün lazımdır. O tezliklə bazara daxil olmağa hazırlaşır.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Freewrite Traveler” ofisdən kənar işləmək üçün nəzərdə tutulmuş yığcam qadjetdir və o hər şeyi bacarır. Əlbəttə ki, bu onun əsas üstünlüyü deyil.
Yazıçı əsərinin kuliminasiya nöqtəsini yazmaq haqqında düşündüyü, jurnalist isə ən yaxşı başlığı qoymağa iki saniyə qalmış xəbərdarlıq siqnalı almağı onların ən son istədikləri şeydir. Amma bu hökmən olacaqdır, çünki bizim noutbuk və planşetlərimizdə həddindən artıq tətbiqlər var və bu istər-istəməz bizim diqqətimizi yayındıracaqdır. “Freewrite Traveler” qadjeti istifadəçiyə, təkcə yazmaq imkanı verir.
Bu, əlbəttə ki, adi çap maşını deyil. Onda səhvləri görmək və düzəltmək üçün displey, mətnləri operativ yerdəyişmək üçün klavişlər mövcuddur. Həmçinin, dairəvi qaynar klavişlərin köməyi ilə mətnlərin qeydiyyatını apara bilərsiniz. Kağızları hər-hansı bir yerdə dəyişdirilməsinə belə ehtiyac yoxdur. Baxmayaraq ki, qadjetdə sosial şəbəkələr mövcud deyil, amma internetə qoşulmaq istənilən halda mümkündür. Belə ki, bu istifadəçilərə Dropbox, Google Drive və Evernote-a daxil olmağa kömək olacaq. Qurğunun məhdud funksiyaları onunla bağlıdır ki, istifadəçi yalnız öz işinə fokuslana bilsin. Qadjetin yaradıcıları əmin edir ki, qurğu batareyası olmadan 4 həftə işləyə bilər.
Bu layihə qadjetin ərsəyə gəlməsində maraqlı olan insanların dəstəyi ilə yaradılıb. Yaradıcılara lazım olan büdcə isə kütləvi fond platformalarından yığılıb. Hazırda qurğunun qiyməti 299 (20 000 rubl) dollardır. Qadjeti öncədən sifarişlə əldə etmək mümkündür. Çatdırılmalar isə 2019-cu ilin iyun ayına planlaşdırılır.



