Amerika Birləşmiş Ştatlarının (ABŞ) biznes jurnalı olan “Forbes” hər il yayımladığı “Ən Varlı 400 Amerikalı” siyahısının 37-ni ictimaiyyətə elan edib.
Facemark.az xəbər verir ki, 24 ildir siyahıda birinci yerdə qərarlaşan “Microsoft”un qurucusu Bill Gates bu il öz “kreslo”sunu “Amazon”un qurucusu və CEO-su Jeff Bezosa verib.
“Forbes”in müxbirləri ilkin olaraq 700-dən çox varlının ilkin siyahısını hazır ediblər. Daha sonra isə onların sayını 400 nəfərə endirmək və doğru siyahını tərtib etmək üçün bütün adları bir-bir araşdırıblar.
Nüfuzlu nəşrin müxbirləri namizədlər ilə üzbəüz, ya da telefonla görüşlər edib. Rəqibləri, qohumları, vəkilləri ilə də müsahibə alan müxbirlər, xəbər məqalələrindən, məhkəmə qeydlərinə qədər bir çox sənədi incələyib.
Siyahıdakı varlıların ümumi mal sərvətinin miqdarı, sahib olduqları şirkətlərdə səhmlərin payı, daşınmaz əmlak, sənət əsərləri, təyyarələri, yaxta, təsərrüfatları, bağları, ləl-cəvahiratları, avtomobil kolleksiyası kimi malları nəzərə alınaraq ümumi sərvət hesablanıb.
Siyahda yer alan ən ahıl şəxs 95 yaşındakı Sumner Redstone-un ümumi mallarının dəyəri 4,8 milyard dollardır. Siyahının ən gənc adı 28 yaşındakı Snapchatın şəriki və CEO-su Evan Spiegel isə 2,2 milyard dollarlıq sərvətə sahibdir. Siyahıda 12 nəfər 40 yaşdan aşağıdır.
“Ən varlı 400 Amerikalı” siyahısında yer alan ilk 10 ad və onların ən son sərvətlərinin miqdarı bu qədərdir:
1. Jeff Bezos – 160 milyard dollar
2. Bill Gates – 97 milyard dollar
3. Warren Buffett – 88,3 milyar dollar
4. Mark Zuckerberg – 61 milyard dollar
5. Larry Ellison – 58,4 milyard dollar
6. Larry Page – 53,8 milyard dollar
7. Charles Koch – 53,5 milyard dollar
8. David Koch – 53,5 milyard dollar
9. Sergey Brin – 52,4 milyard dollar
10. Michael Bloomberg – 51,8 milyard dollar
Siyahıdakı digər şəxslərin adları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz.
https://www.forbes.com/forbes-400/#3216b8077e2f