“Koç Group”a daxil olan IT şirkəti “KoçSistem” “The Boston Consulting Group” (BCG) ilə əməkdaşlıq haqqında uzunmüddətli saziş imzalayıb. Sazişə görə, “KoçSistem” “KoçDigital” adlı yeni texnologiya şirkəti təsis edib.
Facemark.az xəbər verir ki, təşkil edilən mərasim zamanı Koç Holding CEO-su Levent Çakıroğlu yeni şirkətin yaradılmasının məqsədi və hədəflərindən danışan zamanı deyib ki, kompaniya 5 ildə Türkiyə iqtisadiyyatına 10 milyard TL (1,7 milyard dollar-red.) dəyər yaradacaq: “Vizyonumuz təkcə Türkiyə ilə məhdudlaşmır. Təklif edəcəyimiz təklifləri, Türkiyə xaricindəki coğrafiyalara da yayacağıq. Bununla ölkəmizin texnologiya ixracatına fayda verməyi hədəfləyirik”.
Onun sözlərinə görə, “KoçHolding”in daxilində akademiya da yaradılacaq: “KoçDigital Akademiya”ya “Yüksək Analtika” və IoT sahələri başda olmaqla, texnologiya sahəsində ixtisaslı insan qaynaqları yetişdirəcək”.
Mənbə: Marketinq Türkiyə