“Apple” korporasiyası musiqi tanıma tətbiqi olan “Shazam”ı rəsmi olaraq aldığını elan edib.
Facemark.az-ın məlumatına görə, “The Drum” yazır ki, 1 milyard nəfərin yüklədiyi “Shazam” 400 milyon dollar qarşılığında “Apple”ın olub. Korporasiya, həmçinin elan edib ki, “Shazam” gələcəkdə reklamsız xidmət verəcək.
“Apple Music” xidmətinin vitse-prezidenti Oliver Schusser isə yeni alış ilə bağlı deyib ki, “App Store” açılanda “Shazam” mövcud olan ilk tətbiqlər arasında yer alıb: “Shazam” dünya miqyasında musiqisevərlərin sevimli tətbiqinə çevrilib”.
Vitse-prezident öz həyəcanını da gizlətməyib. O deyib ki, səbirsizliklə, musiqisevərlərin yeni mahnıları kəşfetməsini gözləyir: “Biz musiqisevərlərin yeni mahnılara qulaq asmaları və tətbiqdən istifadənin daha funksional yollarını təklif etmək üçün həyəcanlıyıq”, - deyə Schusser sözlərinə əlavə edib.
Qeyd edək ki, nə vaxtsa eşitdiyiniz, amma ifaçını və mahnının adını bilmədiyiniz melodiyanı “Shazam”a dinlətməklə, mahnı və ifaçının adını tapmaq mümkündür.
