ABŞ-ın dijital marketinq platforması SEMrush-un Qlobal Marketinq Qrupunun müdiri Olqa Andrienko sosial media platformalarının e-ticarət baxımından önəmindən bəhs edib. Bu sahəyə investisiya edəcək markalara öz tövsiyələrini verib.
Digər onlayn kanallar kimi sosial media da e-ticarət saytlarına trafikin yönləndirilməsini təmin edir. Onların faydaları, əsasən e-ticarəti edilən məhsulun fərq edilməsi və dəyərləndirilməsi mərhələsində sezilir.
Ancaq, satışla nəticələnən qərar vermə mərhələsində isə bunun kifayət qədər təsiri olmur. Amma, pərakəndə sektoru istisnadır. Pərakəndə baxımından sosial media platformalarının, xüsusilə də “Instagram”ın istifadəçiləri satışa sövq etdiyini görürük. Sosial media, həmçinin izləyici kütlənizin sədaqətini davam etdirməsini də mümkün edir.
Markalar sosial mediadan daha effektiv istifadə etmək üçün nələr etməlidirlər?
Bu, sektora investisiya edəcək markalar, sosial media hesabların insanların şəxsi sahəsi olduqlarını unutmamalıdırlar. Beləliklə, sosial platformalarda paylaşılan kontentlər onların özlərini daha önəmli, daha ağıllı, daha cazibədar hiss etmələrinə kömək olmalıdır. Bir markanın sosial media hesabının “Bunun mənim üçün nə faydası var?” sualına net cavabı olmalıdır. Türkiyədə hazırda 31 milyon e-ticarət istifadəçisi mövcuddur və bu rəqəmin 2021-ci ilə qədər 6,7 milyon artması gözlənilir. Dörd ilə qədər sayı 37 milyona çatacaq bu istifadəçilərin, onlayn xərclərinin təxminən 253 dollar olacağı gözlənilir.
Markalar sosial mediadan daha çox trafik almaları üçün nələr edilməlidir?
İstifadəçiləri sosial media hesablarından veb saytına aparan, paylaşıla bilən zəngin kontent, maarifləndirici materiallar olur. Ediləcək ən yaxşı şey istifadəçilər üçün informasiya qaynağı olmaqdır. Beləliklə, insanlar kontentlərini paylaşacaq və problemləri olan zaman veb saytınıza ziyarət edəcəklər.
Bəlkə də bu üsul birbaşa satışla nəticələnməyəcək, amma insanlar sizi bir daha bilgi qaynağı olaraq görəcək. Sizə olan güvənləri də artacaq. Xüsusilə, “Facebook” səhifəsinizə tez-tez ziyarət etmələri, səhifəyə baxış sayını da artıracaq. Sosial mediadan trafik yöndəndirmənin digər bir yolu da insanlarla əlaqəyə keçmək və onlara cavab verməkdir. Birbaşa cavab verən böyük marka, istifadəçiləri təəccübləndirəcək. Bu vəziyyət onlar arasında yayılacaq və beləliklə diqqət çəkmiş olacaqsınız. Sosial platformalarda əlaqələr qurmaq və aktiv olmaq markalara daha çox trafik olaraq geri dönəcək.
Hansı sosial media platforması e-ticarət baxımından daha önəmlidir?
Bu gün sosial media platformaları arasında, e-ticarət satışlarına ən çox təsir edən məcra “Instagram”dır. Trafik baxımından baxdıqda təklif etdiyi imkanlar sayəsində “Facebook” bazar lideridir. Ancaq bir markanın sadəcə “Facebook”da hədəfləmə etməsi olduqca çərçivəyə slaınmış baxış bucağı deməkdir. Türkiyədə insanların 52%-i aylıq mobil sosial şəbəkə istifadəçiləridir.
Bu rəqəmdə YouTube, Facebook, Instagram ve Twitterin payı böyükdür. Türkiyədəki internet istifadəçilərinin yaş aralıqlarına görə dəyərləndirsək, ölkənin e-ticarəti ilə bağlı mənzərəni daha dəqiq görə bilərik. Türkiyədə yaşa görə, gündəlik internet istifadəçi faizi bu şəkildədir: 16-24 yaş arası 95%, 25-34 yaş arası 91%, 35-44 yaş arası 87%.