Araşdırma və konsaltinq şirəti olan “Counterpoint”in araşdırmasına görə, “ağıllı” telefon bazarında əldə edilən mənfəətin 62%-i “Apple”a aiddir. Araşdırma isə bu ilin 2-ci rübünə əsaslanıb.



Facemark.az xəbər verir ki, siyahının ikinci pilləsində isə “Samsung” qərarlaşıb və markanın xalis mənfəəti 17% açıqlanıb. Siyahıda digər istehsalçılar və mənfəətləri bu şəkildə sıralanır: Huawei (8%), Oppo (5%), Vivo (4%) ve Xiaomi (3%). Araşdırmada geriyə qalan 600-dən çox cihaz istehsalçısının isə bazardakı 1%-lik mənfəəti paylaşmaq üçün mübarizə apardığı bildirilib.



Çinli markalar 2 milyard dollar mənfəət əldə edib


Araşdırmada Çinli markaların üst seqmentə aid telefonları istilaçı marketinq texnikaları ilə satmağa başlamasının bu markaların mənfəətinin artırdığını qeyd edilir. Buna görə də, Çinli istehsalçılar bu cihazların satışından 2 milyard dollar əldə ediblər. “Apple”ın mənfəəti isə 6 milyard dolları keçib. Araşdırmanı hazırlayan analtik Karn Chauhan, “Samsung”un mənfəətində azalmanın olduğunu da yazıb. Analtik azalmanın olmasının “Galaxy S9” seriyasının satışlarının proqnozlardan aşağı olması ilə izah edir. Mütəxəssis bu seriyanın bir öncəki model olan “Galaxy S8”in 2017-ci ilin 2-ci rübünün satışının 24% aşağısında qaldığını deyib.



Seqmentlər arası mübarizə


“Counterpoint”in analizində məhsul seqmentlərinə görə, mənfəət hesabları da yer alır. Buna görə də, ən mənfəətli “ağıllı” telefonlar üst səviyyə cihazlardır. Bundan başqa, “Counterpoint” məhsul seqmentlərini 3 qiymət aralığına görə, qruplaşdırır: 400-600 dollar, 600-800 dollar ve 800 dollar üstündə olan cihazlar. Ən kəskin rəqabətin yaşandığı seqment 400-600 dollar aralığı hesab olunur. Burada “Apple” və “Oppo” 22% ilə ən çox cihaz satan iki marka olaraq qarşımıza çıxır. Bu seqmentdəki digər markalar ilə belədir: Samsung (16%), Huawei (14%), Xiaomi (6%) ve OnePlus (5%).


600-800 dollar seqmentində “Apple” 44% paya sahibdir. Onu isə “Samsung” 41%-lə izləyir. 800 dollar və üstü seqmentin tək hakimi isə 88%-lik pay ilə “Apple”dır.


Üst seqment cihaz satışının bölgələrə görə paylaması


Araşdırmada toxunulan məsələlərdən biri də üst seqment cihazların satıldığı bölgələr olub.


Şimali Amerika, Yaxın Şərqi Afrika, Qərbi Avropa, Çin və Asiya-Sakit okean sahili, Latın Amerika və Orta Şərq Avropa bölgələrində ən çox ağıllı telefon satan marka “Apple” olub.


Buna qarşılıq isə “Samsung” Şimali Amerika, Yaxın Şərqi Afrika, Qərbi Avropa və Asiya-Sakit okean sahilində ikinci sırada yer alır. “Apple” isə Latın Amerika ilə Orta Şərqi Avropa ölkələrində ikinci olub. Çində isə ikinci sırada “Oppo” qarşımıza çıxır.


Mənbə: DigitalAge