“Amazon” Türkiyədə açılışı ilə əlaqədar olaraq müştərilərinə xüsusi endirimlər təklif edib və alıcılar da bunu nəzərə alaraq çox sayıda sifariş veriblər. Gün içində isə bir çox istifadəçi “Amazon Türkiyədən” şikayət edib.


Facemark.az-ın məlumatına görə, Türkiyə mətbuatı yazır ki, “Amazon” alış-veriş anlayışında köklü dəyişiklik edən elektron ticarət nəhəngidir: “Onların bir çox ölkədə xidmətləri isə olduqca populyardır. Fəqət, Türkiyə bazarı ilk gündən təxmin ediləbilməyəcək qalmaqallarla nəticələndi”.


“Amazon Türkiyə”nin açılışı sentyabrın 19-da baş tutub. İstifadəçilər isə şirkətin saytına böyük maraq göstəriblər. Səhər sifarişlərini verən müştərilər, anlıq fiyat artımından, alıcının xəbəri olmadan sifarişlərin ləğvindən, səbətə düşən məhsullardan, xüsusilə də ödəniş əsasında qiymət artımının baş verməsindən qəzəbləniblər.


“Amazon”un səhifəsindəki bəzi şikayətləri qeyd edirik:







“Görünən odur ki, “Amazon”un Türkiyədəki şirkəti alt quruluşlarını tam qura bilməyib. Müştərilər isə “Amazon Türkiyə” şirkəti tərəfindən hər-hansı bir açıqlama gözləyirlər”, - deyə Türkiyə mətbuatı qeyd edir.