Elektron ticarət nəhəngi “Amazon” 2021-ci ilə qədər kassası və satıcısı olmayan 3 min mağaza açmağı planlaşdırır.
Facemark.az-ın məlumatına görə, “Bloomberg” yazır ki, hal-hazırda şirkət müvafiq inkişaf strategiyasını müzakirə edir.
Belə bir mağazaya baş çəkmək üçün müştəri mobil telefona pulsuz tətbiq yükləməli olacaq. Mağazaya daxil olan zaman isə, smartfonu tətbiqi oxuyan xüsusi avadanlığın üzərinə qoymaq kifayət edəcək. Növbəti mərhələdə isə alıcı özünə lazım olan məhsul və malları seçdikdən sonra, ümumi ödəniş müştərinin smartfondakı tətbiqə bağlı olan bank kartından çıxacaq. Siz seçilmiş malları almaqdan imtina etdikdə, onu sadəcə rəfə yenidən geri qoymalı olacaqsınız.
Qeyd etmək yerinə düşər ki, “Amazon”un bu sahədə təcrübəsi mövcuddur. Belə ki, marka hələ ilin əvvəlində ABŞ-ın Siyetl şəhərində kassa və satıcısı olmayan ilk mağazasını açmışdı. Daha sonra isə adıçəkilən formatda mağaza Çikaqo şəhərində açılışı elan edilmişdi.