“Apple” istifadəçilərin zəng və e-poçt informasiyalarından istifadə etməklə təhlükəsizlik xalı hesablamağa başlayacaq. Bu yeni həmlə “Apple”ın fırıldaqçılıqla mübarizə çərçivəsində atılır.


Facemark. az-ın məlumatına görə, “Business Insıder” yazır ki, istifadə edilən informasiyalar mütəmadi deyil, müvəqqəti müddətə kompaniyanın xidmət mərkəzində saxlanılacaq.


“Apple”ın bu həmləsi, iOS 12-nin inkişafı ilə birlikdə yenilənən “iTunes Store” təhlükəsizlik səhifəsində belə ifadə edilib:


“Fırıldaqçılığı müəyyən etməyə və onun qarşısını almağa kömək üçün, göndərdiyiniz və aldığınız telefon zənglərinin və ya e-poçtların təxmini sayı da daxil olmaqla, avadanlığınızı necə istifadə etdiyinizə dair məlumatlar, satış etməyə çalışdıqda təhlükəsizlik xalı hesablamaq üçün istifadə edilir. Göndərilən məlumatlar “Apple”ın avadanlığınızdakı həqiqi dəyərləri sizin öyrənə bilməyəcəyiniz şəkildə dizayn edilib. Xallar, xidmət mərkəzimizdə müəyyən bir müddət saxlanılır”.


Telefonlara veriləcək bu təhlükəsizlik xalının əsasını telefon zəngləri və e-poçt məlumatları təşkil edir. Bu addımın “Apple”a satınalma, şərh və hesab məsələlərində fırıldaqçılıqla mübarizədə kömək olacağı proqnozlaşdırılır.