E-ticarəti nəhəngi “Amazon” bu gündən etibarən rəsmi qaydada Türkiyə bazarına daxil olduğunu açıqlayıb.
Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səhər Amazon.com.tr adresinə daxil olanlar uzun mesajla qarşılaşıb və alış-veriş edə biliblər.
Qeyd edək ki, milyarder Ceff Bezosa məxsus olan “Amazon”un Türkiyə bazarına daxil olacağı sektorda uzun müddət idi ki, danışılırdı. Yay aylarında başlamağı planlaşdırdığı Türkiyə əməliyyatlarını bir müddət təxirə salan “Amazon”, digər tərəfdən də, İstanbulda işçi axtarışına başlamış və satış, marketinq sahəsində iş elanlarını yayımlamışdı.
Avqustun sonunda isə Hürriyətin yazarı Jale Özgentürk yazmışdı ki, “Amazon” Türkiyə ilə ABŞ arasında yaşanan böhrandan narahatdır. Ticarət nəhəngində “iPhone”ların çəkiclə qırıldığı bir dövrdə Türkiyə bazarına daxil olmaq səhv olardı” düşüncəsi hakimdir. Müəllif, həmçinin e-ticarət nəhənginin yaxın zamanda bazara daxil olacağının proqnozunu vermişdi.
