Federal Antiinhisar Dövlət Xidməti (FAS) sürətli qidalanma üzrə restoranlar şəbəkəsi olan “Burger King” markasını reklam sloqanına görə ittiham edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xidmətin məlumatına görə, reklamda istifadə olunan “ЕдАЛ ТАКОЕ?”(Bu cür yemisən?) cümləsindəki birinci sözdəki D hərfi rus əlifbasındakı B (б) hərfinə oxşadılıb. Xidmət iddia edir ki, marka bununla reklamda vulqar sözdən istifadə edib.


Linqvistik analiz isə göstərir ki, “Burger King” yeni reklam sloqanında qrafiki olaraq bənzər hərflərdən istifadə etməklə dil ilə oynamaq vəziyyəti yaratmaq istəyib. Ola bilsin ki, hərflərin oxşar qrafikinin bu şəkildə verilməsi qəsdən edilib və dildə istifadə olunan ədəbsiz feldən istifadəyə səbəb olub. Dövlət Xidməti isə iddia edir ki, bu cür sloqan reklam haqqında qanunun müddəalarını pozur. Belə ki, qanunvericilikdə də göstərilib ki, reklamda vulqar, təhqiredici, ədəbsiz sözlərdən istifadə olunması qadağandır.


Qeyd etmək yerinə düşər ki, “Burger King” Rusiyanı 100 000 rubldan 500 000 rubla qədər (1480 dollardan- 7400 dollara qədər) cərimə gözləyir.