“Audi” markası şəxsi istehsalı olan ilk elektrikli mühərrikli avtomobillərin reklam çarxını yayımlayıb.
Facemark.az xəbər verir ki, yeniliyin promokampaniyası üçün buraxılmış video çarx vasitəsilə potensial müştərilər elektrikli avtomobilin görünüşü (daha doğrusu onun bəzi elementləri) və imkanları haqqında fikir əldə edə bilərlər.
Yeni video çarxda “Audi” qəbul edir ki, onlar ilk elektrik mühərrikli avtomobili ixtira etməyiblər, amma “Audi”nin avtomobilləri seriyasına bunu da əlavə etməyi bacarıblar. Avtomobillərin prezentasiyası bu gün “Emmi” mükafatlandırılması zamanı baş tutacaq. Amma istehsalçılar qeyd edir ki, irimiqyaslı satışlar yalnız 2019-cu ildən start götürəcək.
“Audi” elektrik avtomobillərin ilki ilə dayanmaq niyyətində deyil. Belə ki, 2020-ci ilə qədər marka elektrik avtomobilləri seriyasında daha 3-nü istehsal etmək niyyətindədir.