“NASA kosmik missiya və raket adlarının verilməsi hüququnu kommersiya şirkətlərinə satmağı planlaşdırır. Bundan başqa, astronatvlar Beynəlxalq Kosmik Stansiya da daxil olmaqla, reklam kampaniyalarında iştirak etmək üçün icazə ala bilərlər. Reklamların yerləşdirilməsindən gələn gəlirlər, idarənin xərclərini qismən kompensasiya etməyə kömək olacaq”.


Facemark.az xəbər verir ki, bu barədə “The Washington Post”a NASA-nın direktoru Ceyms Braydenstayn deyib.


Direktor yaranan suallara cavab tapmaq və müvafiq məsələ üzrə tədqiqat aparmaq üçün Xüsusi Komitə yaradıb. Komitə raket və kosmik avadanlıqların reklamda istifadəsinə dair ideya fikirləşməli və onu tətbiq etməlidir. İdarənin planlarına “product placement”, astronavtların reklam nitqləri, həmçinin raket və digər avdanlıqların adlandırılmasının ticarət şirkətlərinə satılması ola bilər. NASA-nın başçısının sözlərinə görə, astronavtlar jurnalistlərə və marketinq təkliflərinə açıq olmalıdırlar və onları uşaqlar belə artıq tanımalıdır. “Birinci olaraq mən ümid edirəm ki, NASA astronavtlarının fotosunu səhər yeməyi üçün nəzərdə tutulmuş, qarğıdalıdan hazırlanmış qidaların (kornfleyks) üzərində görəcəyəm”.


Qeyd etmək yerinə düşər ki, NASA brendi bütün dünyada məşhurdur. NASA-nın adı olan geyimləri Target, Old Navy, Lands' End, Coach, H&M satır. Məsələn, dizayner Heron Preston üzərində NASA yazılan qısa futbolka köynəyi 270 dollara satır. Nəşr qeyd edir ki, amma NASA bundan heç bir faiz almır. ABŞ-ın elm, texnologiya siyasəti İnstitunun məlumatına görə, bir kosmik stansiya ildə 455 milyon dollardan, 1,2 milyard dollara qədər gəlir gətirə bilər. Bura isə kommersiya fəaliyyətinin müxtəlif növləri daxildir. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, raket adlarının ticarət şirkətlərinə satılması, kosmosda filmlərin çəkilməsinə, idman yarışlarının keçirilməsinə icazənin verilməsi, turistlərin yerləşdirilməsi və s. daxildir.