Ənənəvi olaraq “Apple” sentyabrda yeni “iPhone” modellərinin təqdimatını edəcək. Korporasiya ilk dəfə olaraq canlı yayımı, həmçinin öz rəsmi “Twitter” hesabı üzərindən də yayımlayacaq.


Facemark.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib. Elanın laykından sonra, bütün abunəçilərə canlı yayıma baxmaq üçün dəvət tvit şəklində gələcək. “Twitter” kompaniyanın yeni məhsullarının onlayn nümayişi üçün ilk dəfədir ki, istifadə olunacaq.


Bundan başqa, prezentasiyaya ənənəvi olaraq “Alma” firmasının rəsmi veb-saytında, həmçinin “Apple TV”nin Event əlavəsində baxmaq mümkün olacaqdır.


Xatırlatmaq yerinə düşər ki, Amerika firmasının yeni məhsullarının təqdimatı 12 sentyabr, yəni bu gün Bakı vaxtı ilə saat axşam 10-da baş tutacaq.


Markanın pərəstişkarı “Alma” smartfonlarının 3 yeni modelini və “ağıllı saat” “Apple Watch”un 4-cü nəslini görəcəklər. Kompaniya, həmçinin bu gün naqilsiz şarj aləti olan “AirPower”un satışlarının başlayacağı vaxtı elan edəcək.