“Mobile Index”in apardığı tədqiqata, əsasən mobil reklama elan verənlərin qlobal xərcləri 2018-ci ilin ikinci rübündə 25% artıb. Tədqiqatın aparılması zamanı “PubMatic” platformasının köməyindən istifadə olunub.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, qlobal reklam xərclərinin yarısı mobil tətbiqlər üzərindən yerləşdirilən reklamlardan gəlib. Mobil video reklamın xərci bir öncəki ilə görə, 239% artıb, ümumilikdə eyni dövrdə mobil tətbiqlərdə reklam xərcləri isə 688% artım göstərib.



iOS əməliyyat sisteminin tətbiqləri üzərindən reklam xərcləri 47%, Android üzərindən isə 13% artım olub. Elə buna görə də, mobil internetdə hər 1000 baxış üzrə reklam xərclərinin orta dəyəri (CPM) il ərzində 16% azalıb. Amma əlavələrin daxilində bu göstərici 11%-lik artım göstərib. Deskop üzərindən hər 1000 baxış üzrə orta reklam xərci 5% artıb.


Qeyd edək ki, “Mobile Index” ekspertləri tədqiqat gedişatında 12 trilyon reklam mesajını analiz ediblər.