“Vimeo” videohostinqi “Vimeo Stock” adlı xidmətini elan edib. Onun köməyi ilə platformanın istifadəçiləri pulsuz olaraq öz qısametrajlı video çarxlarını montaj etdikdən sonra satışa təqdim edə bilərlər. Yaxud reklam agentlikləri reklam kampaniyaları üçün doğru video kontenti platformada tapa biləcəklər.
Facemark.az-ın məlumatına görə, bu barədə “Venture Beat” saytı yazıb.
Hazırda qısa video çarxların görüntüsü haqqında söhbət gedir. Sayt yazır ki, xüsusilə videomontaj üçün hazırlanan qısa video çarxlarıistifadəçilərfərqli şirkət, reklam agentlikləri və film yaradıcılarına sata biləcəklər. Montaj üçün olan görüntünün qiyməti keyfiyyət və ekskülizivlikdən asılı olaraq 79 dollar ilə 499 dollar arasında dəyişəcək. Çarxın yaradanları isə bundan 60-70% gəlir əldə edəcəklər. Alınmış klipi isə miqdarından asılı olmayaraq, istər şəxsi, istərsə də kommersiya məqsədləri üçün istifadə etmək mümkün olacaq.
Gəlin etiraf edək ki, video görüntülər əldə etmək üçün “Shutterstock” və s. kimi platformalar mövcuddur. Görüntünün müəllifi alıcıdan gələn ödənişdən 30%-ni ala bilir. Bundan başqa, “Vimeo” öz platformasını daha keyfiyyətli videoların cəmləşdiyi meydança kimi mövqeləndirmək niyyətindədir.
“Vimeo-nun yeni xidməti haqqında deyə bilərik ki, funksiya istifadəçilərə öz maraqlı tarixlərini bizimlə bölüşmək üçün əla fürsət verir.Görüntü satan çoxlu sayda platformalar mövcuddur, amma onların çox hissəsi faktiki olaraq satılan videonun qarşılığında çox kiçik faiz təklif edir. Üstəgəl, videoların keyfiyyəti isə əsl problemdir. Heç bir şirkət də istəməz ki, onların kliplərində aşağı keyfiyyətli görüntülər yer alsın. Bizim məqsədimiz isə ondan ibarətdir ki, yaradıcı işdə yeni keyfiyyət standartları müəyyən edək və görüntünü ərsəyə gətirən istifadəçilərə daha çox ödəniş edə bilək”, - deyə “Vimeo” platformasının rəhbəri Anjali Sud deyir.
Qeyd edək ki, “Vimeo”nun auditoriyasına gəldikdə isə, demək olar ki, onların şəxsi məlumatlarına görə, platformanın gündəlik auditoriyasının sayı 240 000 000 nəfərdən çoxdur. 800 000 -dən çox insan isə müəlliflər üçün olan alətlərdən istifadə edir.
