Facemark.az gənc, abunəçi sayı milyonları ötən Türk “YouTuber”ların siyahısını hazırlayıb. Siz onların paylaşdığı ilk videolar ilə də tanış olacaqsınız. Belə nəticəyə gəlmək olar ki, qonşu ölkədə kişi YouTuber-lar, əsasən bu sektora oyun həvəslərindən dolayı gəliblər, yəni oyun həvəsləri onları “YouTube”da populyar edib. Maraqlısı budur ki, DigitalAge jurnalı onlar haqqında üç il bundan qabaq məqalə hazırlamışdı. Orda onların abunəçilərinin sayının heç 1 milyonu ötmədiyinin şahidi oluruq. Amma üstündən cəmi 3 il keçib və onlar milyonlarla auditoriyanı öz ətrafında toplaya biliblər. Bu onu göstərir ki, qonşu ölkədə bu sektorun gələcəyi parlaq görünür.


1. Enes Batur


Kanal: NDNG-Enes Batur


Kateqoriya: Oyun


Abunəçi sayı: 8,4 milyon nəfər


Kanala ümumi baxış sayı: 3,6 milyard



Oyun kateqoriyasında yüklədiyi əyləncəli videolar ilə diqqət çəkən Enes Batur, 1998-ci ildə anadan olub. O, “YouTube” platformasına ilk videosunu 2013-cü ilin yanvarın 20-də paylaşıb. 20 yaşlı “YouTuber” 5 ildir ki, platformada kontent yaradır. Maraqlısı budur ki, üç il bundan qabaq, onun platformada abunəçilərinin sayı 708 941 nəfər, platformasına baxış sayı isə 180 280 260 olub. Bu gün o “YouTube”da paylaşdığı kontentin dairəsini oyun ilə (əyləncə, challenge, komediya, musiqi, vloq, montaj, reaksiyalar və s.) yanaşı, daha da genişləndirib. Bu günə qədər onun platformasında videoların sayı 1656-dır.


İlk videosu:



2. Ruhi Çenet


Kanal: Ruhi Çenet Videoları


Abunəçi sayı: 3,2 milyon nəfər


Kanala ümumi baxış sayı: 386 000 000


“YouTube”da bir-birindən fərqli, maraqlı, əcayib video kontentin yer aldığı Ruhi Çenet Videoları adındakı kanalın sahibi. 1990-cı ildə doğulan Çenet, əslində proqram təminatı üzrə araşdırmaçıdır. O, platformaya ilk videosunu 2012-ci ildə yükləyib. Onun dediyinə görə, “YouTube”a ilk videosunu yükləyən zaman tək məqsədi araşdırma edərkən gördüyü və ağlına gələn informasiyaları bir platformada saxlamaq olub. 2012-ci ilin ilk ayında platformaya 15 video yükləyib. Daha sonra izləyicilərinin sayının sürətlə artdığını gördükdən sonra, bu işə daha çox vaxt ayırmağa, əlbəttə ki, daha çox video yükləməyə başlayıb. Onun bu gün Ruhi Çenet Videoları-2 adlı ikinci “YouTube” kanalı da var. Daha əvvəl bu kanalın adı “Ruhi Çenet Burada” olub. Bu gün adıçəkilən kanalda isə abunəçi sayı 424 000 nəfərdir. Qeyd etmək yerinə düşər ki, üç il əvvəl aparılan araşdırmaya görə, onun kanalına abunəçi sayı cəmi 772 000 nəfər olub. Kanala baxış sayı isə 98 203 228 olub. Belə nəticəyə gəlmək olar ki, son üç il ərzində onun kanalında abunəçi sayı 3 dəfə artıb. Platformada video kontentin sayı Enes Batur ilə müqayisədə daha az 262-dir. O, plaformada ilk videolarını sadəcə mətn və video kontent olmaqla yığıb. Ekranda özünü göstərməyib.



İlk videosu



3. Tamer Yeşildağ


Kanalın adı: Oyun Dəlisi


Kateqoriya: Oyun


Abunəçi sayı: 2,5 milyon nəfər


Kanala ümumi baxış sayı: 814 000 000


Türkiyənin ən sürətlə böyüyən oyun kanallarından biri olan “Oyun Dəlisi”nin sahibi Tamer Yeşildağın bu ilk yayımı deyildi. CNT İnteraktiv ilə yayıma başlayan YouTuber ilk olaraq Taminder-də qarşımıza çıxıb. Ancaq onu platformada tanıdan isə “Turuncu Levye” kanalında xüsusilə GTA 5 videoları ilə olub. Qısa bir müddət MediaKraft ilə əməkdaşlıq edən Tamer Yeşildağ daha sonra öz kanalı üçün kontent yaratmağa başlayır. 2015-ci ildə onun abunəçilərinin sayı 832 000 nəfər olub. Kanala ümumi baxış sayı isə 162 598 459 olub. Onun da son 3 ildə abunəçilərinin sayının 2-3 dəfə artdığının şahidi oluruq. Hazırda kanalda 1306 video kontent toplanıb. Platformaya ilk gəldiyi gün isə 2013-cü il noyabrın 24-dür.


İlk videosu:



4. Orkun Işıtmak


Kanalın adı: Orkun Işıtmak


Kateqoriya: Oyun


Abunəçi sayı: 5,5 milyon nəfər


Kanala ümumi baxış sayı: 1,1 milyard


O, uşaqlığından bəri qorxu oyunlarına maraq göstərib. YouTuber 1996-cı ildə İzmir şəhərində doğulub. Işıtmak 2012-ci ildən bəri kanalının əsas kontentini təşkil edən qorxu oyunları ilə yanaşı, həftəlik video bloqlarının da daxil olduğu əyləncəli kontent yaradır. Türkiyənin ilk şirkətləşmiş YouTube əyləncə kanalında videoları ilə oyun oynamayan, oyundan başı çıxmayan şəxsləri də hədəf kütləsi kimi götürüb. 2015-ci ildə araşdırmaya görə, onun abunəçilərinin sayı 687 000, kanala ümumi baxış isə 98 883 395 olub. 6 ildir ki, kanalda kontent yaradan YouTuber əlbəttə ki, illər içində mövzuların çeşidini də zənginləşdirib. Hazırda kanalda 1191 video kontent mövcuddur.


İlk videosu:



5. Murat Engin


Kanalın adı: MuratAbiGF


Kateqoriya: Oyun


Abunəçi sayı: 1,7 milyon nəfər


Kanala ümumi baxış sayı: 240 000 000


21 yaşlı YouTuber oyun kanalı ilə platformada məşhurlaşıb. O, kanalı aktiv olaraq 2013-cü ildən bəri idarə edir. 2015-ci ildə isə onun abunəçilərinin sayı 885 193 nəfər, kanala ümumi baxış sayı isə 92 692 879 olub. Bu gün kanalda video kontentin sayı 915-dir.


İlk videosu: