Kompaniyanın tarixində ilk dəfə olaraq ticarət gedişatında “Amazon.com Inc.” in kapitalizasiyası 1 trilyon dolları ötüb. Amazonun səhmlərinin məzənnəsi bir gün əvvəl 1,9% artaraq 2050,5 dollara çatıb, daha sonra isə 1,1% -ə qədər artım yavaşlayıb.
Facemark.az-ın məlumatına görə, “İnterfax” yazır ki, bir il əvvəl şirkətin bazar dəyəri 470 milyard dollar qiymətləndirilib. İyulda isə kompaniyanın bazar kapitalizasiyası 900 milyard dolları aşıb. Beləliklə, şirkət bir il ərzində internet-reteyler tarixində rekord vurub və bazar dəyəri 2 dəfə bahalaşıb.
Xatırlatmaq yerinə düşər ki, daha əvvəl bu göstəriciyə nail olmuş yeganə şirkət “Apple” olub. O, bir ay əvvəl kapitalizasiyasını 1 trilyon dollardan çox artırmağı bacarmışdı.
Qeyd edək ki, “Amazon” 1994-cü ildə yaradılıb. Şirkət internet üzərindən malların və xidmətlərin satışı ilə məşğul olur. Təklif edilən malların çeşidi sırasına kitablar, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, ev və idman malları və s. daxildir. ABŞ-dan başqa şirkət başqa ölkələrdə nümayəndəliklərə malikdir.
“Forbes” nəşrinə görə, “Amazon”un banisi və baş direktoru Ceff Bezos 167 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanlarından biridir.