Çinin beynəlxalq telekommunikasiya şəbəkəsi “Huawei” cari ilin ilk beş ayında 10 milyon ədəd P20 Pro vəP20 məhsulundan satdığını elan edib.Markanın yeni qabaqcıl qurğularının alıcıları Çin və Qərbi Avropa kimi vacib bazarlar olub.
“Huawei” İstehlak Elektronika Qrupu, Mobil Cihazlar başçısı Kevin Ho açıqlamasında deyib ki, “Qlobal İstehlakçılar nəzdində 10 milyonluq sərhədi aşaraq məhsul üçün yeni hədəf müəyyən etdik. Yeni hədəflər bizə ən yaxşı etdiyimiz şeyləri davam etməyimizə və bizi ən üst səviyyəyə çatdıracaq innovasiyalar yaratmağımıza təşviq simvolu kimi qiymətləndirmək olar”.
Məhsul “Leica”, “Master AI”, “HUAWEI AI Image Stabilization” və yüksək performanslı gecə çəkiliş modu ilə birlikdə dizayn edilən kameralara sahibdir. Bu isə “Huawei P20” seriyasının professional fotoqraf işini hər kəs tərəfindən əlçatan edilməsini asanlaşdırır.
Avropa İmic və Səs Dərnəyi (EISA) cihazın “Bu günə qədərki ən inkişaf etmiş, yenilikçi və texnik olaraq üstün ağıllı telefon” olaraq qiymətləndirib. Dərnək “HUAWEI P20 Pro”nu “2018/2019 EISA Ən Yaxşı Ağıllı Telefon” statusuna layiq görüb.
Mənbə: Digital Age