Bel çantaları, rəngarəng və böyük ölçülü əlbisələr, uzun saçlar, parlaq işıqlar altında rəqslər və iddialı eynəklər.... Daha incə detalı ilə desək, 90-cı illərdə insanlar hələ də 80-lərin təsirindən xilas olmamışdılar. Dizayn baxımından da vəziyyət heç də fərqli deyildi. Çexiyanın avtomobil markası Škodanın dili ilə desək 90-cı illər çirkinlik dövri idi.


Markanın adıçəkilən dövri üçün çirkin ifadəsindən istifadə etməsi boş yerə deyil. Brend 90-cı illər mövzulu reklam filmində etiraf edir ki, onlar da bu çirkinlikdən nəsiblərini alıblar. Avtomobil markası istehlakçını Škodanın keçmiş modellərini unutmağa və yeni model Škoda nəqliyyat vasitələrini kəşf etməyə dəvət edir.


Reklamverən: Škoda


Reklam Agentliyi: Rosapark


ECD: Jean-Francois Sacco, Gilles Fichteberg


Mətn Yazarı: Julien Perrard


Art Direktor: Nicolas Hurez


Strategiya: Alexandre Ribichesu


Sosial Media: Thomas Vincenti


Strategiya Planlaşdırma Direktoru: Sacha Lacroix


Prodakşn Şirkəti: BIG


Rejissor: Jean Baptiste Saurel



Mənbə: MediaCat