“Facebook Watch” video platformasını sosial şəbəkə 2017-ci ilin avqustunda ABŞ bazarında istifadəçilərin ixtiyarına vermişdi. Hazırda isə xidmət bütün dünyada əlçatan olur.


Facemark.az xəbər verir ki, bu barədə jurnalistlər üçün təşkil edilən konfransda çıxışı zamanı “Facebook”un nümayəndələri deyib.


Şirkətin son yeniliyinə görə, artıq bütün istifadəçilər “Facebook Watch”da videolara baxa, onu paylaşa, daha sonra baxmaq üçün saxlaya biləcəklər. Ancaq platformada kontent yaratmaq və ondan pul qazanmaq hələ ki, bütün istifadəçilər üçün əlçatan olmayacaq. Belə ki, hazırda “Facebook Watch”un əməkdaşlıq proqramı ABŞ-dan başqa, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya üçün əlçatandır.




Sentyabrda isə 21 ölkə üçün bu funksiya əlçatan olacaq. Bu ölkələr arasında Almaniya, Belçika, Norveç, İspaniya, İsveç və başqalar var. Rusiyada daxil olmaqla, digər ölkələr yaxın aylarda “Facebook Watch”a giriş əldə edə biləcəklər. Videoplatformada Buzzfeed, CNN, Business Insider, Quartz, NowThis və s. kimi nəşrlər təqdim edilib. “Facebook Watch”a giriş və ondan pul qazanmaq təkcə böyük nəşrlər üçün nəzərdə tutulmayıb. Kiçik nəşrlər, eləcə də bloggerlik fəaliyyəti ilə məşğul olan şəxslər də platformada öz kontentlərini yarada bilərlər. Amma bunun üçün bloggerlər “Facebook”un kriteriyalarına uyğun gəlməli və abunəçilərinin sayı 10 000-dan çox olmalıdır.


Şirkətin video məhsullar üzrə vitse-prezidenti Fici Simo deyib ki, bir il əvvəl ABŞ-da “Facebook Watch” platforması əlçatan olub: “Aya onun auditoriyasının sayı 50 milyon nəfərə çatıb”.


Kompaniyanın məzmun və strateqiya üzrə rəhbəri Metyu Xenik isə deyib ki, Amerika naşirləri artıq platformada məzmundan ibarət böyük ekosistem yaradıblar. Kontent isə xəbərlərdən, əyləncəli və idman şoularından ibarətdir.