“Instagram”da bir neçə yeni funksiya meydana gələcək. Hesabların verifikasiyası (təsdiq etmək) funksiyasını əldə etmək üçün istifadəçilər profilin tənzimləmələr bölümündə öz həqiqi adını qeyd etməli və şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Facemark.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.


Yoxlamadan keçmək üçün hesab normalara və xidmətin qaydalarına uyğun olmalıdır. İstifadəçilər bunun üçün öz tam adını və şəxsiyyəti təsdiq edən sənədin şəklini verməldirlər. Sorğu nəzərdən keçirildikdən sonra istifadəçi hesabının həqiqiliyini təsdiq edən bir xəbərdarlıq alacaq.


Xidmətin menyusunda bu hesab haqqında paneli əlavə ediləcək. Panelin köməyi ilə istifadəçinin yaşadığı ərazi-ölkə, onun keçmiş niki və nə vaxt “Instagram” hesabının açılması və s. haqqında məlumat daxil ediləcək.


Bundan başqa, istifadəçilər üçüncü tərəf proqramlarından istifadə edərək, iki faktorlu autentifikasiyadan keçə biləcəklər. Bu, funksiya hesaba daxil olan zaman, istifadəçilərin təhlükəsizliyini artırmaq üçün tətbiq olunacaq.


Verifikasiya funksiyası yaxın zamanlarda platformada əlçatan olacaq.