“Business Insider” portalı 2018-ci ildə çıxmış smartfonların qiymət və keyfiyyət nisbətini nəzərə alaraq ən yaxşı smartfonların reytinqini tərtib edib. Portalın reytinqində birinci pillədə 530 dollara olan “OnePlus 6” aparatı qərarlaşıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun üstünlükləri arasında yaxşı kamera (16 Mp), sürətli prosessor (Qualcomm Snapdragon 845) və həcmli əməli yaddaş (6 QB) yer alıb. Bu qurğu Android əməliyat sistemi ilə çalışan smartfonlar arasında ən yaxşısı seçilib.



Reytinqin ikinci pilləsində isə “Samsung Galaxy Note 9” smartfonu qərarlaşıb. Onun üstünlükləri isə 6,4-düym OLED-ekrana sahib olması, güclü batareyası və yaddaş həcminin çox olması göstərilib. Amma smartfonun qiyməti 1000 dollardan başlayır.



Portalın dəyərləndirməsinə görə, reytinqin üçüncü pilləsində daha bir “Samsung” modeli qərarlaşıb: “Samsung Galaxy S9”. Onun üstünlükləri isə böyük OLED-displeyinə sahib olması, ürək ritm monitorunun və üz tanıma sisteminin olması olub. Bu, model istifadəçilər arasında ən gözəl smartfon olaraq dəyərləndirilib.



Onun qiyməti isə 720 dollardan başlayır. Dördüncü pillədə isə “LG G7 Thinq” qərarlaşıb. Aşağı qiymət (750 dollar) və “iPhone X”a oxşaması onun əsas üstünlükləridir.



Reytinqin beşinci pilləsində “Motorola” şirkətinin istehsalı olan “Moto G6” modelidir. Adıçəkilən smartfonun qiyməti 250 dollardır.




Bu modelin qiyməti yuxarıda adlarını sadaladığımız smartfonlardan daha ucuzdur, amma funksionallığına görə, heç də onlardan geri qalmır. Onun 5,7 düym ekranı, yaxşı kamera və şarj qurğusu mövcuddur.