Mail.Ru yeni “ağıllı” poçt siyahı xidmətini işə salıb. Maşın öyrənmə texnologiyalarının (Machine Learning) köməyi ilə məktublar vahid interfeysdə göndərilən poçt siyahısında toplanır və göstərilir.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, istifadəçi yeni xidmətin köməyi ilə spamdan azad olacaq və bir klik ilə bütün köhnə mesajları silə biləcək. Xidmət istifadəçilərə informasiya axınını məhdudlaşdırmağa və onları çevik şəkildə idarə etməyə kömək olacaq.


Yeni funksiya reklam və informasiya göndərmələrinin tam siyahısını əks etdirir. Nəzər alın ki, e-mailin sahibi onlayn mağaza, xidmət, nəşr, forumlardan məktublar alır. Belə məktublar da gəlin qəbul edək ki, bir müddət keçdikdən sonra öz aktuallığını itirir və sözün əsl mənasında bezdirirci olurlar. İndi isə onlardan azad olmaq sadəcə bir toxunuşla mümkündür. Bundan başqa, istifadəçi onun mail qutusunu “zibil”ləyən bütün köhnə məktubları asanlıqla silə biləcək.


Həmçinin, “Machine Learning” texnologiyasının sayəsində, saytlardan gələn vacib məlumatlar, məsələn qeydiyyat və yaxud sifarişlər ilə bağlı bildirişlər poçt qutusunda saxlanılacaq.